Kiyevdə prezident mühafizəsinin əməkdaşı öldürüldü - FOTOLAR

3 Yanvar 2019 14:47 (UTC+04:00)

Bir kişi itləri gəzdirdiyi zaman digəri maşınla park olunma yerinə doğru gəlib.

Naməlum səbəblərdən onların arasında mübahisə yaranıb. Avtomobilin sürücüsü avtomobildən enərək mübahisə etməyə davam edib. Getdikcə dərinləşən mübahisə nəticəsində itləri gəzdirən şəxs digərinin başına yumruqla zərbə endirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, zərərçəkmiş özünə gəlməyib və dünyasını dəyişib. Tibb işçilərinin ilkin rəyinə əsasən, ölümə səbəb yıxılma deyil, məhz başa vurulan zərbədir.

Öldürülən şəxs dövlət adamlarının təhlükəsizliyini təmin edən Dövlət Mühafizə Xidmətinin əməkdaşı olub. 26 yaşlı şəxsin adı Vasili Xmelyukolub. İki iti gəzdirən qatil isə Qafqaz görünüşlü saqqallı şəxs olub və cinayət yerindən qaçıb. Hazırda həmin şəxs polis tərəfindən axtarışdadır.(oxu.az)