İmtahandan kəsilən tələbə müəllimini güllələdi

3 Yanvar 2019 14:53 (UTC+04:00)

Tələbə qadın müəllimi atasının tapançası ilə öldürüb.

Hadisəyə səbəb tələbənin imtahan suallarını köçürərək cavablandırması olub. Bundan xəbər tutan Ceren Damar tələbəni imtahandan kəsib.

Bundan hiddətlənən Həsən İsmayıl Hikmət ondan qisas almaq niyyətinə düşüb və öz qanlı planını həyata keçirib.

Hadisə ilə bağlı istintaq gedir. Cinayətdə şübhəli bilinən tələbə saxlanılıb.(teleqraf.com)

© AzNews.az