Sürücü maşını uşaqların üstünə sürdü - İrəvanda

3 Yanvar 2019 16:19 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda bir sürücü avtomobilini dayanacaqda avtobus gözləyən insanların üzərinə sürüb.

Hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Yaralılardan ikisi azyaşlı uşaqdır. Uşaqlardan biri 2010, biri 2007-ci il təvəllüdlüdür.

Hadisə yerindən qaçan sürücünün kimliyi məlum deyil. Araşdırma aparılır.(teleqraf.com)

© AzNews.az