Luvr rekord qırdı

3 Yanvar 2019 16:21 (UTC+04:00)

Ötən il Luvr muzeyinə 10 milyondan çox ziyarətçi gəlib. Bu da muzey tarixində rekord göstərici sayılır.

Bu barədə muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Direktor qeyd edib ki, ötən il Fransa paytaxtında baş verən terror hücumları ziyarətçilərin sayında azalmaya təsir göstərsə də, sonradan Parisdə keçirilən “Beynəlxalq turizmin bərpası” layihəsi sayəsində rekordu qırmaq mümkün olub.

Qeyd edək ki, muzeydə son rekord 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9,7 milyon insan ziyarət edib.

Parisin mərkəzində yerləşən Luvr ən qədim muzeylərdən biri sayılır. Muzey ilk dəfə 1793-cü il noyabrın 8-də açılıb. Burada bədii və tarixi əsərlərdən ibarət zəngin kolleksiya toplanıb. (Azərtac)

AzNews.az