“Azadlıq”ın bank hesabına həbs qoyuldu
16 Aprel 2013 11:31 (UTC+04:00)
Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Azadlıq" qəzetinin bank hesabına həbs qoyulub.
Həbs qərarı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı təmin edilmiş iddiasının icrası məqsədi daşıyır.
Qeyd edək ki, T.Əhmədovun iddiası üzrə "Azadlıq" qəzeti 30 min manat cərimələnmişdi.(avropa.info)
AzNews.az