Bakı avtovağzalında oğurluq edən şəxs tutuldu

3 Yanvar 2019 16:57 (UTC+04:00)

Bakı Beynəlxalq Avtovağzalında oğurluq olub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 2550 manat və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Sadiq Quliyev saxlanılıb.

AzNews.az