Venesuela son 28 ildə ən az neft ixrac edib

3 Yanvar 2019 17:48 (UTC+04:00)

"Bloomberg" xəbər verir ki, 2018-ci ildə Venesuela gündə yalnız 1,245 milyon barrel neft ixrac edə bilib.

OPEC-in məlumatına görə, Venesuelada son beş ildə neft hasilatı iki dəfədən çox azalaraq 1,346 milyon barel/gün təşkil edib.

Qeyd edək ki, neft ixracı Venesuela büdcəsinin əsas gəlir mənbəyidir. Başqa sözlə, ixracatdakı azalma ölkədəki böhranı daha da gücləndirir.(report.az)

© AzNews.az