Jirinovski ekstra hisslərindən danışdı

16 Aprel 2013 11:45 (UTC+04:00)


Jirinvoskinin sözlərinə görə, dünən Bostonda törədilən terror aktının arxasında islamçılar durur. O bildirib ki, bunu intuitiv hiss edir. "Hələ ki, islamçılar Amerikaya hücum edir. Gün gələcək biz eyni hadisələrin Londonda da baş verdiyini görəcəyik",-deyə o bu gün Dumada çıxışı zamanı bildirib.

Jirinovskinin sözlərinə görə, ölkə nə qədər böyükdürsə, terror aktlarının tez-tez olması halı da istisna edilməli deyil. "Amerika böyük dövlətdir. Ona görə də orada terror hallarına tez-tez rast gəlirik. Ancaq bu o demək deyil ki, hər böyük ölkədə terror olur. Bunun siyası tərəfləri də var".

Aynur Hüseynova
AzNews.az