Hindistanda qayıq aşdı: ölənlər var

3 Yanvar 2019 19:58 (UTC+04:00)

Hindistanda qayığın aşması nəticəsində 8-i uşaq olmaqla 10 nəfər çayda boğulub.

Hadisə Odisha ştatının ərazisində - Mahanadi çayında baş verib.

Hadisəyə səbəb 20 nəfərlik qayığa qadın və uşaqlardan ibarət 55 nəfərin minməsi olub. Qayıqdakılar Hukitola adasından istirahətdən qayıdırlarmış.

“Odisha ştatının Meşə Departamentinin, Fəlakətlərə Qarşı Çevik Qüvvələrin əməkdaşlarının polis və yerli sakinlərlə birgə keçirdikləri xilasetmə əməliyyatı zamanı ölənlərin meyitləri sudan çıxarılıb”, - deyə Kendrapara dairəsinin bələdiyyə başçısı Dasarati Satpati bildirib.

Odisha ştatının Baş naziri Nəvin Patnaik hadisə ilə bağlı başsağlığı verərək ölənlərin ailələrinə 6 min dollaradək yardım ayıracaqlarını, xəsarət alanların isə pulsuz müalicə olunacağını bildirib. (report)

AzNews.az