Bakıda 63 yaşlı kişi itkin düşdü

3 Yanvar 2019 22:38 (UTC+04:00)

Bakıda orta yaşlı kişi itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Rayonun Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi ev 11 v-də yaşayan, 1956-cı il təvəllüdlü Məmmədov Əli Hüseyn oğlu yanvarın 2-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb. (trend)

AzNews.az