Qusarda 4 otaqlı ev yandı

3 Yanvar 2019 23:22 (UTC+04:00)

Qusar rayonununda 4 otaqlı evdə yanğın olub.

AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Qusar rayonunun Urva kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə, ikinci mərtəbəsində bir otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az