Qoşunlar Suriyadan çıxmağa başladı – ABŞ-dan rəsmi açıqlama

4 Yanvar 2019 09:49 (UTC+04:00)

ABŞ qoşunları Suriyadan çıxmağa başlayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu informasiyanı ABŞ-ın dövlət katibi Mayk Pompeo Newsmax telekanalına müsahibəsi zamanı deyib.

“Suriya ilə məsələyə prezident aydınlıq gətirdi, qoşunlarımız ordan çıxır. Tramp əlavə etdi ki, İŞİD-ə qarşı mübarizəni də davam etdirəcəyik. ABŞ ümid edir ki, Türk hərbçiləri Suriyada kürdləri qırmayacaq”. Pompeo belə deyib.

Babək Göyüş

© AzNews.az