ABŞ-da türk bələdiyyə sədri seçildi - İlk dəfə

4 Yanvar 2019 10:39 (UTC+04:00)

Tayfun Selen Nyu Cersi ştatının Çatam bölgəsinin bələdiyyə sədri seçilib.

ABŞ vətəndaşı olan və 2017-ci ildən Çatam bələdiyyə komitəsinin üzvü olan Selen dünən komitədə keçirilən seçkilərdə qalib gəlib.

Türkiyənin ABŞ-dakı diplomatik korpusu bu münasibətlə Seleni təbrik edib.

Qeyd olunur ki, Respublikaçılar Partiyasının üzvü olan və 15 ildir ki, Çatamda yaşayan Selen İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirib.(teleqraf.com)

© AzNews.az