1 ildir qaçırılan 4 yaşlı uşaq canlı yayımda qurtarıldı

4 Yanvar 2019 10:42 (UTC+04:00)

Türkiyədə həftə içi hər gün ATV ekranlarında yayımlanan “Esro Erol”da yenə bir ilk yaşanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, proqrama gələn Meltem İlkar tam 1 ildir qızına qovuşmağının xəyalını qururdu.

Canlı yayında yaşadıqlarını gözyaşlarıyla anladan Meltemə Esra Erol ümid verdi.

4 yaşlı Ece 1 il öncə atası Alper İlkar tərəfindən qaçırılmışdı. 3 dəfə icra yolu ilə qızına qovuşmaq istəyən Meltem bir nəticə əldə edə bilməmişdi.

Yüzlərlə uşağı ailəsinə qovuşduran Esra Erol bu işi də bacardı.

Esra Erolun komandası və proqramın vəkili Ankarada tapılan kiçik Eceyi anasına qaytarmaq üçün yola çıxdı.

Uşağın atası Alper və onun ailəsi qapını açmamaq üçün dirəndi.

Əraziyə çilingər çağırıldı. O, qapını qırdıqdan sonra böyük bir dram yaşandı. Ece atası tərəfindən dolabın içində saxlanmış halda tapıldı.

İllərdir ailəsinə qovuşa bilməyənlər öz çözümlərini "Esra Erol"da tapmağa davam edirlər.

Babək Göyüş

© AzNews.az