Çin sahillərində iki gəmi toqquşdu

4 Yanvar 2019 10:46 (UTC+04:00)

TASS xəbər verir ki, "Sinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən 8 nəfərin itkin düşdüyünü məlumat verib.

Hadisə Pintan mahalının akvatoriyasında baş verib. Qəza zamanı batan gəmidə 14 nəfər ekipaj üzvü olub. Onlardan 6-nı xilas etmək mümkün olub.

Qəza ərazisində itkin düşmüş balıqçıların axtarışları davam edir. Axtarış-xilasetmə əməliyyatına helikopterlər, həmçinin yaxınlıqdakı gəmilər cəlb edilib.(report.az)

© AzNews.az