Evinə zəng etdi və “Müəlliməmi öldürdüm” dedi - Bir qətlin tarixçəsi

4 Yanvar 2019 10:48 (UTC+04:00)

Bir neçə gün əvvəl Türkiyənin Çankaya Universitetinin müəlliməsi Ceren Damarı öldürən tələbə saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ceren Damarı Çankaya Universitetinin Hüquq fakültəsinin tələbəsi Hasan İsmail Hikmet öldürüb. O, cinayəti törətdikdən sonra evinə zəng edərək “müəlliməmi öldürdüm” deyib. Hasan İsmail Hikmetin telefonu izləməyə alınıb və yaxalanıb.

Dünən məhkəməyə çıxarılan Hasan İsmail Hikmet məhkəmədə “İmtahan zamanı köçürürdüm. Ceren Damar da məni tutdu. Nə qədər xahiş etdim ki, haqqımda akt tərtib etməyin, mənə qulaq asmadı. ‘Edə biləcəyim nəsə yoxdur’ dedi. Mən onun dərsində bir dəfə də köçürmüşdüm, yenə yaxalamışdı. İkinci dəfə də akt tərtib etsə idi, universitetdən uzaqlaşdırılacaqdım. Mən də çox əsəbiləşdim, özümə hakim ola bilmədim. Birinci odlu silahla vurdum, daha sonra isə bıçaqla öldürdüm” deyib.

Hikmetin atası Ö.H keçmiş “Özəl Hərəkat” polisi olub. O, oğlunun ondan xəbərsiz silahını götürdüyünü və müəlliməsini öldürdüyünü deyib. Ö.H “Hikmet bizə zəng etib müəlliməmi öldürmüşəm dedi. Dedik qaçma, get polisə təslim ol” deyib.

Nigar CƏFƏR

AzNews.az