Bərdədə ağır qəza - Ölən var

4 Yanvar 2019 11:13 (UTC+04:00)

Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az