Polis bölməsi ilə birlikdə 4 yerə partlayıcı atdılar - Bir yaralı var

4 Yanvar 2019 12:27 (UTC+04:00)

Türkiyənin Diyarbakır şəhərində bir qrup şəxs Yenişehir polis bölməsi də daxil olmaqla 4 yerə əldə hazırlanmış partlayıcı atıblar.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, üzlərində maska olan və əyinlərində ətək olan bir qrup şəxs 4 yerə əldə hazırlanmış partlayıcılar atıb.

Hücum zamanı 1 nəfər yüngül xəsarət alıb.

Polis 5 nəfəri saxlayıb.

Nigar CƏFƏR

AzNews.az