Xalq artisti Ramiz Əzizbəylinin ayağında olan xəstəlik digərinə də keçə bilər.
Bunu AzNews.az-a aktyorun qızı Cəlalə Əzizbəyli deyib. O, bildirib ki, aktyorun digər ayağında da problem yaranıb:
“Ramiz müəllim hazırda yaxşıdır. Həkimlər 12 gün vaxt qoyublar. Həmin müddətdən sonra onlar aparılan əməliyyatın nəticələri ilə bağlı qəti fikir deyəcəklər. Atamın digər ayağında da damar tıxanmaları var. Əgər əməliyyatın nəticəsi müsbət olsa, o zaman ikinci ayağına da stend qoyulacaq”.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəylinin səhhəti bu günlərdə pisləşib. Xəstəxanaya aparılan aktyorun ayağı amputasiya edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az