Ukraynada 21 radio cərimələndi

4 Yanvar 2019 13:21 (UTC+04:00)

Ukraynanın Radio Yayımı və Televiziya Məsələləri üzrə Milli Şurası 2018-ci ildə dil normasını yerinə yetirməyən 21 radionu 1,7 milyon qrivnadan (62 min ABŞ dolları) çox məbləğdə cərimələyib.

Bu barədə şuranın üzvü Sergey Kostinskiy məlumat verib.

Onun sözlərinə görə, cərimələrin əksəriyyəti Ukrayna mahnılarının az səsləndirilməsi ilə bağlı olub. Bu cərimələrdən sonra radiolarda Ukrayna mahnılarının səsləndirilməsi halları artıb.(AZƏRTAC)

© AzNews.az