İran Atlantik okeanına hərbi gəmi göndərəcək

4 Yanvar 2019 14:39 (UTC+04:00)

Bunu İslam Respublikası Silahlı Qüvvələri dəniz qoşunlarının komandanı əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm bildirib.

Onun sözlərinə görə, ordunun bir eskadriyasının Atlantik okeanına göndərilməsi İran Ali Baş Komandanlığının göstərişinin icrası, ucqar sularda milli maraqların qorunması, “İranofobiya” planının zərərsizləşdirilməsi və dənizçilik xətlərinin təhlükəsizliyinin təmini edilməsi məqsədi daşıyır.

Komandan əvəzi bildirib ki, bu hərbi gəmi tapşırıq müddətində Yer kürəsini dolanacaq: “Səhənd” helikopterdaşıyan esminesi Atlantik okeanında tapşırıq icra olunduğu müddətdə həmin gəmini müşayiət edəcək”.

Turac Həsəni-Müqəddəm bildirib ki, ordunun 59-cu eskadriliyası da hazırda Ədən körfəzində və Hind okeanının on dərəcəlik meridianında tapşırıq yerinə yetirir.

İranın bu addımına rəsmi Vaşinqton münasibət bildirməyib.(report.az)

© AzNews.az