Çinin əhalisi azalıb

4 Yanvar 2019 14:53 (UTC+04:00)

Bu barədə Pekin Universitetinin mütəxəssisləri statistik məlumatları tədqiq etməklə qənaətə gəlib.

Qeyd olunur ki, ötən il Çində yeni doğulan körpələrin sayı 2017-ci illə müqayisədə 2,5 milyon az olub.

Ölkədə əhalinin azalması son 70 ildə ilk dəfə qeydə alınıb.

Çin Statistika Bürosunun məlumatına əsasən, 2017-ci ildə Çin əhalisi 1,39 milyard nəfər təşkil edib.(trend.az)

© AzNews.az