Bernardu Silvadan yeni rekord

4 Yanvar 2019 15:20 (UTC+04:00)

"Opta" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda "Liverpul"la matçda 13.7 kilometr məsafə qət edib.

Bu isə İngiltərə Premyer Liqasının hazırkı mövsümü üçün rekord göstəricidir. Cari mövsümdə heç bir futbolçu buna nail ola bilməyib.

Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətdə başlayan Bernardu Silva sonadək meydanda olub.(oxu.az)

© AzNews.az