“Avroviziya-2019”un qonaqları çadırlarda qalacaq

4 Yanvar 2019 15:40 (UTC+04:00)

“RİA Novosti” agentliyi xəbər verir ki, hökumət “Avroviziya” yarışının keçiriləcəyi yerə yaxın olan “Xa-Yarkon” parkında qurulacaq şəhərcik üçün tender elan edib.

Bununla bağlı Təl-Əviv merinin müşaviri İlana Mixaeli məlumat verib. Onun sözlərinə görə, yerləşdirilmə rahatlıq dərəcəsinə uyğun olaraq üç formada olacaq.

Yataq yerlərindən başqa, şəhərcikdə qidalanma, velosiped sürmə və əylənmə üçün yerlər də təşkil ediləcək. Tamaşaçı və qonaqların müsabiqənin keçiriləcəyi yerə aparılması üçün xüsusi avtobuslar fəaliyyət göstərəcək.

Müsabiqə başa çatdıqdan sonra şəhərcik LGBT paradının iştirakçılarını qəbul edəcək.(oxu.az)

© AzNews.az