30-dan çox namizəd Ukrayna prezidenti olmaq istəyir

4 Yanvar 2019 16:12 (UTC+04:00)

Ukrayna mediası xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 30-dan çox namizədin ərizəsinin qəbul olunduğunu açıqlayıb.

Rəy sorğuları hələ ki prezident Pyotr Poroşenkonu hətta 2-ci tura keçmək şansının olmadığını göstərir. Əsas favorit isə Ukryananın keçmiş baş naziri Yuliya Timoşenko sayılır.

Lakin onlara layiq rəqib ola biləcək namizədlər də var.

Məsələn, Lvov şəhərinin meri və “Samopomoş” partiyasının lideri Andrey Sadovoy indidən öz namizədliyini açıqlayıb. Sadovoyun namizədlyi liberal “Demalyans” partiyası tərəfindən də dəstəklənir.

Andrey Sadovoy 2006-cı ildən Lvov şəhərini meridir. “Avromaydan”dan və Viktor Yanukoviçin devrilməsindən sonra o, keçmiş baş nazir Arseni Yatsenyukla koalisiyada olub. 2016-cı ildən isə Andrey Sadovoy prezident Pyotr Poroşenkoya müxalifətdə olduğunu bəyan edib.

Keçən həftənin 4-cü günü “Ədalət” partiyasının sədri, Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş direktoru Valentin Nalivayçenko da prezident olmaq niyyətini rəsmi şəkildə açıqlayıb.

Valentin Nalivayçenko Viktor Yuşşenko dövründə, 2006-2010-cu illərdə Ukraynada milli təhlükəsizliyə əsas cavabdehlik daşıyan şəxs olub. Viktor Yanukoviçin hakimyyətində vəzifəsindən azad edilən Nalivayçenko Maydan hadisələrindən sonra əvvəlki işinə bərpa olunub. 2015-ci ildə UTX direktoru vəzifəsindən ayrılan Nalivayçenko siyasətə atılaraq öz partiyasını qurub.

Namizədlər arasında şoumen, aktyor və prodüser Vladimir Zelenskinin adı xüsusi diqqət cəlb edir. Ukraynanın məşhur teleaparıcısı Dmitri Qordon onu 2-ci turda Yuliya Timoşenko ilə mübarizə aparacağını söyləyir.

Vladimir Zelenski Ukraynanın ən varlı biznesmenlərindən sayılan, Dneprpetrovsk vilayətinin keçmiş qubernatoru İqor Kolomoyskiyə yaxın şəxs sayılır. Zelenskinin aparıcılq etdiyi 1+1 kanalı da elə İqor Kolomoyskiyə məxsusdur.(musavat.com)

© AzNews.az