Dünyanın əli tətikdə - Raket gərginliyi çox böyüdü

4 Yanvar 2019 16:21 (UTC+04:00)

Xəbər verildiyi kimi İran növbəti aylarda kosmosa 3 ədəd peyk göndərməyi planlaşdırıb. Rəsmi Tehranın bu addımı Vaşinqtonu bərk əsəbiləşdirib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlamasında bildirib ki, bu peyklərin texnologiyası qitələrarası ballistik raketlərin texnologiyaları ilə eynidir.

AzNews.az xəbər verir ki, İran isə bu iddiaları rədd edib.

Nəticədə qarşılıqlı ittihamlar Vaşinqtonla Tehran arasında yeni gərginlik yaradıb.

ABŞ vurğulayıb ki, İranın istifadə etmək istədiyi 3 ədəd peykin texnologiyası BMT-nin qərarına ziddir.

Pərvanə Ağazadə

AzNews.az