Suriyada ruslar aviazərbə nəticəsində öldü

4 Yanvar 2019 17:19 (UTC+04:00)

Bu haqda “RİA Novosti” Çeçenistan başçısı yanında insan haqları şurasının üzvü Xeda Saratovaya istinadən məlumat yayıb.

Saratova Yaxın Şərqin münaqişə zonalarından rusiyalı qadın və uşaqların təxliyyə olunaraq, vətənə qaytarılması üzrə İşçi qrupa daxildir.

Saratova ölən qadının 35 yaşlı Çeçenistan sakini Həvva Əhədova olduğunu bildirib. Onun 1,5- 12 yaş arasında olan beş qızını müvəqqəti olaraq bölgədə olan kürd ailə himayəsinə götürüb.

Digər aviazərbə isə həmin rayonda Rusiya vətəndaşlarının yaşadığı başqa bir evə tuş gəlib.

“Raketin evə düşməsi nəticəsində Dağıstandan olan Roza Yüzbəyovanın dörd yaşlı nəvəsi Xalid həyatını itirib. Uşağın anası omba-çanaq nayihəsindən ağır xəsarət alıb və hərəkət edə bilmir. İkinci övladı Ömər sağ qalıb və anasının yanındadır”, - deyə Saratova bildirib.(oxu.az)

© AzNews.az