Bakıda tutulub Türkiyəyə aparılan FETO-çu həbs olundu

4 Yanvar 2019 18:06 (UTC+04:00)

FETO istintaqı çərçivəsində MİT əməliyyatı ilə Azərbaycanda yaxalanan və Türkiyəyə aparılan Mehmet Gelen həbs olunub.

AzNews.az xəbər verir ki, 15 iyul çevrilişindən sonra Azərbaycanda fəaliyyətini dayandıran FETO-nun məktəblərində müəllimlik edən Mehmet Gelen saxta pasportla Belarusa getmək istəyərkən saxlanılıb.

Qeyd edək ki, MİT rəhbərliyi Belarusun rəsmi proseslərdən sonra Azərbaycana qaytarılan FETO-çu Geleni uğurlu əməliyyatla saxlayıb.

“Silahlı terror örgütü üzvlüyü”ndə təqsirləndirilərək axtarılan Mehmet Gelen Azərbaycandan alınaraq Türkiyəyə aparılıb.

Pərvanə Ağazadə

AzNews.az