Yevlaxda avtomobil aşdı: xəsarət alan var

4 Yanvar 2019 18:36 (UTC+04:00)

Yevlax rayonunda yol qəzası baş verib.

Hadisə Xaldan-Mingəçevir yolunun 6-cı kilometrliyində, rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Mingəçevir şəhər sakini Xəyyam Müstafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az