Azərbaycanlı şahmatçı qələbə qazandı - “Vergani Cup” festivalı

5 Yanvar 2019 08:43 (UTC+04:00)

İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında altıncı turun oyunlarına yekun vurulub.

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva (2301) sonuncu turda Rusiya təmsilçisi Yekaterina Dyakonova üzərində qələbə qazanaraq xalların sayını 3-ə çatdırıb.

O, bu nəticə ilə turnir cədvəlində 34-cü yerdən 25-ci pilləyə yüksəlib.

40 iştirakçının (13 qrossmeyster) qatıldığı turnirə yanvarın 6-da yekun vurulacaq. (Azərtac)