Azərbaycan güləşçiləri Hindistana gedəcək

5 Yanvar 2019 09:00 (UTC+04:00)

Azərbaycan güləşçiləri Hindistan Liqasında iştirak edəcək.

6 klubun qatılacağı yarışda üç güləşçimiz xalça üzərinə çıxacaq.

İkiqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) və Elis Manolova (62 kq) “Yodxa”, Tatyana Omelçenko (62 kq) isə “Haryana Hammers” klubunun şərəfini qoruyacaq.

Hindistan Liqasına yanvarın 14-də start veriləcək.

Qeyd edək ki, ötən mövsüm “Dehli Sultans” komandasının heyətində çıxış edən H.Əliyev mükafatçılar sırasında yer ala bilməyib. (Azərtac)