İstifadəyə yararsız külli miqdarda boya aşkar edilib

16 Aprel 2013 13:45 (UTC+04:00)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunda tikinti materiallarının satışı mağazasının sahibi, Müşfiqabad qəsəbə sakini Sərxan Baxışovun alıcıya yararlılıq və istifadə müddəti bitmiş külli miqdarda boya satması müəyyən edilib.

AzNews.az DİN-nin saytına istinadən xəbər verir ki, mağazaya baxış zamanı yararlılıq və istifadə müddəti bitmiş müxtəlif tikinti materialları aşkar edilərək götürülüb.

AzNews.az