ABŞ-ın döyüş gəmisini bombalayan Əl-Qaidə başçısı öldürüldü - FOTO

5 Yanvar 2019 11:39 (UTC+04:00)

ABŞ Mərkəzi Qüvvələr Komandirliyi döyüş gəmisinə bombalı hücum təşkil edən Əl-Qaidə üzvü Camal əl Bədəvinin Yəməndə öldürüldüyünü açıqlayıb.

AzNews.az xəbər verir ki, "CENTCOM"un sözçüsü polkovnik Bill Urban verdiyi açıqlamada "Camal əl-Bədəvinin öldürüldüyündən xəbərdarıq. ABŞ qüvvələri 1 yanvarda Yəmənin Marib bölgəsində "USS Cole"a edilən bombalı hücumun səbəbkarı olan Camal əl Bədəvinin hədəfə alındığı hücum hazırlayıb" deyə bildirib.

Qeyd edək ki, 2000-ci ildə 17 ABŞ əsgərinin öldüyü ABŞ "USS Cole" döyüş gəmisinə bombalı hücum təşkil edən həmin şəxs ABŞ tərəfindən axtarılırdı. Onun başına 5 milyon mükafat qoyulub. 2003-cü ildə Yəməndə həbs olunsa da, qısa müddət sonra qaçmağı bacarıb.

Pərvanə Ağazadə
AzNews.az