Tramp açıqladı! Aylarla bağlı qala bilər

5 Yanvar 2019 11:45 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Meksika sərhədində hörülməyi planlaşdırılan divar üçün fond yaradılmadığı müddətdə büdcə krizinin davam edəcəyini və ABŞ federal hökümətinin aylarla bağlı qalacağını deyib.

AzNews.az xəbər verir ki, Tramp ABŞ konqresinin nümayəndələri ilə görüşəndən sonra açıqlamalar verib.

Nyu York senatoru demokrat Çak Şumerin "Rəhbər hökümətin aylarla hətta illərlə bağlı qala biləcəyini deyib" açıqlaması xatırladılan Tramp, "Bəli, bunu dedim. O qədər uzun qalacağını düşünmürəm, amma buna hazıram" deyə bildirib.

Meksika sərhəddindən ABŞ-a cinayətkarların, qruplaşmaların və insan tacirlərinin girdiyini deyən Tramp, "Bu ciddi beynəlxalq təhlükəsizlik məsələsidir. Oyun oynamırıq, bunu etmək məcburiyyətindəyik" deyib.

Qeyd edək ki, konqres keçici büdcədə divar üçün Trampın istədiyi fondu yaratmadığına görə hökümət qismən bağlanıb. Federal hökümətin bağlanmasından 14 gün keçməsinə baxmayaraq Ağ Ev ilə Konqresdəki Demokratlar arasında razılıq əldə olunmayıb.

Pərvanə Ağazadə
AzNews.az