Qorxulu çağırış: “Müharibəyə hazır ol!”

5 Yanvar 2019 13:23 (UTC+04:00)

Çin prezidenti Xi ölkə ordusuna “Savaşa hazır ol!” çağırışı edib.

AzNews.az xəbər verir ki, Çin prezidenti Xi Jinping artan risk və təhdidlərlə üzləşməsi barədə yüksək rütbəli məmurla iclas keçirib. O, ordunun təhlükəsizlik və inkişafını təmin edəcək işlər görməli olduğunu bildirib:

“Dünya heç bir yüzillikdə görülməmiş böyük dəyişikliklərlə üz-üzədir. Çin inkişaf etmək üçün vacib fürsət dövründədir. Silahlı qüvvələr təcili vəziyyətlərə dərhal cavab verməsi üçün qabiliyyətlərini yüksəltməlidir”.

Cənubi Çin dənizindəki torpaq problemləri, ABŞ ilə ticarət anlaşılmazlıqları və Tayvanın statusu barəsində narazılıqlar səbəbi ilə Çinin ordusunu gücləndirməyə çalışdığına dünya mediası diqqət çəkib.

Pərvanə Ağazadə
AzNews.az