Tanınmış rəqqasa ağır itki

5 Yanvar 2019 14:13 (UTC+04:00)

Tanınmış rəqqas Şəhriyar Cəfərova ağır itki üz verib.

AzNews.az xəbər verir ki, rəqqasın anası 71 yaşlı Rəna Əlizadə bu saatlarda dünyasını dəyişib.

Məlumatı Şəhriyar Cəfərov təsdiqləyib. O bildirib ki, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Rəna Əlizadə 55 il təhsil sistemində işləyib, əməkdar müəllim fəxri adına layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az