Dünyanın ən bahalı balığına milyonlar ödədilər - FOTO / VİDEO

5 Yanvar 2019 15:59 (UTC+04:00)

“Ölkə.Az” xəbər verir ki, rekord qiymətə satılan balıq Tokionun yeni balıq bazarında satılıb.

Tokionun yeni balıq bazarında ənənəvi tədbir keçirilib. Səhər saatlarında başlayan hərracda mavi üzgəci olan orkinos balığı rekord qiymətə alıcısını tapıb. Yaponiyanın şimalındakı Aomori əyalətində tutulan və çəkisi 278 kilo olan balığa 333 milyon yapon yeni verilib. Yaponiyada bir çox suşi restoranı olan Kiyoşi Kimura bu balığı alan şəxs olub.

AzNews.az