Bakıda bıçaqlanan şəxs polisi aldatdı

5 Yanvar 2019 16:14 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Xəlilov İlham Bayram oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə 3 saylı şəhər Klinik Xəstəxanasına gətirilib.

Yaralı polisə bildirib ki, guya evlərində yıxılaraq xəsarət alıb.

Araşdırmalar zamanı məlum olub ki, yaralı polisə yalan məlumat verib.

Polisin keçirdiyi əməliyyat zamanı İ.Xəlilovun Mərdəkan qəsəbəsindəki Abşeron sanatoriyasının həyətindəki kafedə yeyib içəndən sonra tanışı, 1969-cu il təvəllüdlü Nəzəri Pərviz Soltan oğlu ilə mübahisə etdiyi və onun tərəfindən bıçaqlandığı müəyyən edilib.

P.Nəzərli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

AzNews.az