Rusiya XİN vətəndaşlara xəbərdarlıq edib

5 Yanvar 2019 16:50 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazir müavininin sözlərinə görə, ABŞ hökuməti Rusiya vətəndaşlarına qarşı "ovu" davam etdirir, buna görə də XİN vətəndaşlara xaricə səfərlərin nəticələrini göz önünə almağı tövsiyə edir: "Çünki nə təhlükəsiz yer var, nə də zəmanət. Rusiyalılar Birləşmiş Ştatların tələbi ilə üçüncü ölkələrdə saxlanılır və Vaşinqtona verilir. Buna görə burada ehtiyatlı olmaq lazımdır".

O əlavə edib ki, rusiyalı diplomatlar ABŞ Federal Təhqiqatlar Bürosunun tələbi ilə Saypan adasında saxlanılan Dmitri Makarenkoya konsulluq çıxışı tələb ediblər.

AzNews.az