Şəkidə mal-qara otaran kişini maşın vurub

5 Yanvar 2019 20:30 (UTC+04:00)

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

AzNews.az