Con Bolton İsrailə gedib

5 Yanvar 2019 23:59 (UTC+04:00)

“Report” xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

Bolton səfər zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə edəcəyini bildirib:

"Elə indicə İsrailə endim. Birləşmiş Ştatlar və İsrail arasında bir sıra ümumi prioritetlər, eləcə də ABŞ-ın İsrailin təhlükəsizliyinə möhkəm bağlılığının müzakirəsi üçün İsrailin yüksəkvəzifəli rəsmi şəxsləri ilə sabahkı görüşləri səbrsizliklə gözləyirəm".

Daha əvvəl Con Boltonun Türkiyəyə səfərinin tarixi məlum olub.

AzNews.az