Çinə ilk səfər edən amerikalı general vəfat etdi

6 Yanvar 2019 09:54 (UTC+04:00)

Sabiq Pentaqon rəhbərinin qızı Debora Braun atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, general ömrünün son günlərinin Kaliforniya ştatında keçirib.

Harold Braun 1977-dən 1981-ci ilə qədər müdafiə naziri postunu tutub. O, bu postda ilk hərbi təhsilli şəxs olub. Braun həmçinin Çin Xalq Respublikasına səfər edən birinci amerikalı müdafiə naziri idi. Onun dövründə "soyuq müharibə" çərçivəsində ABŞ və SSRİ arasında münasibətlər kəskinləşib. Bundan sonra Amerika tərəfi müdafiə və hərbi potensiala xərcləri artırıb.(teleqraf.com)

AzNews.az