Sumqayıtda ofis və kafe yandı

6 Yanvar 2019 11:47 (UTC+04:00)

FHN-dən verilən məlumata əsasən, şəhərdə ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, ona bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

AzNews.az