Azərbaycanlı Türkiyədən maşın qiymətinə it aldı

6 Yanvar 2019 12:50 (UTC+04:00)

24 aylıq bu itin erkəyinin qiyməti bir yeni avtomobilin qiyməti ilə eynidir.

“Habertürk” bildirir ki, Zonquldak şəhərində yaşayan 40 yaşlı Emre Baykal uşaqlıqdan itlərlə böyüdüyünü deyir.

Hazırda onun 14 iti var. İki ayağı üstə durduğu zaman insan boyunu keçən bu itlərə bütün Türkiyədə və onun hüdudlarından kənarda da böyük maraq var.

Mənbə əlavə edir ki, bu itlərin əsas qidasını ət və sıyıq təşkil edir.

“Əvvəlcə bir küçük aldıq. Nəsillərini artırmağa çalışırıq. Yaxın vaxtlarda birini Azərbaycana satdıq”, - Emre Baykal jurnalistlərə deyib.

Onun sözlərinə görə, küçüklərin qiyməti 3500-5000 türk lirəsi arasındadır. Daha yaşlı dişi Anadolu çoban iti 5000-15000 lirəyə satılır. Erkəklərinin qiyməti isə 15000 lirədən başlayır.(virtualaz.org)

AzNews.az