Rusiya və İran Xəzərdə birgə təlimlər keçirəcək

6 Yanvar 2019 13:11 (UTC+04:00)

TASS xəbər verir ki, bu barədə bazar günü İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Hənzadiyə istinadən "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, o bildirib ki, birgə təlimlər dənizdə iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracaq. Hənzadinin sözlərinə görə, təlimlər taktiki və xilasetmə əməliyyatlarının işlənməsi, eləcə də dəniz piratçılığı ilə mübarizə üzrə əməliyyatlardan ibarət olacaq.

Hənzadi təlimlərin nə zaman keçiriləcəyini açıqlamayıb, lakin onların yaxın gələcəkdə keçiriləcəyini bildirib.(report.az)

AzNews.az