Gürcüstan-Rusiya yolu bağlandı

6 Yanvar 2019 14:50 (UTC+04:00)

Buna səbəb qarın aramsız yağması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yaranmasıdır.

Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, güclü qar səbəbindən Mtsxeta-Stepantsminda–Lars avtomagistralının Qudauri-Kobi hissəsində də avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bundan başqa, magistralın Mleta-Qudauri hissəsində də avtomobillərin dayanmasına icazə verilmir.

Yollarda Dövlət Yol Polisinin post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.(teleqraf.com)

AzNews.az