Putindən ilhamlanıb ətir hazırladılar - Peskov etiraz etdi

6 Yanvar 2019 17:49 (UTC+04:00)

“RİA Novosti” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında Putinin adından kommersiya məqsədləri üçün istifadə olunmasına icazə verilmədiyini bildirib.

Qeyd edək ki, ticarət mərkəzlərinin birində “Leaders” şirkəti kişilər üçün “Number one”, qadınlar üçün isə “Russian woman” ətirlərini satışa qoyub. Ətir qablarının üzərində Putinin şəklindən və ölkə gerbindən istifadə olunub. Ətirin 100 milli qramı 19 min rubla satılır.(qafqazinfo.az)

AzNews.az