Hindistanda yol qəzası: 11 zəvvar dünyasını dəyişdi

6 Yanvar 2019 18:29 (UTC+04:00)

Hindistanın Tamilnad ştatının Pudukkottay dairəsində yol qəzası nəticəsində 11 zəvvar dünyasını dəyişib.

Zəvvarlar Sabarimala şəhərində Ayappana məbədini ziyarət etdikdən sonra evə qayıdırdı.

Zəvvarların olduğu avtomobil yük maşını ilə toqquşub. 7 nəfər dərhal hadisə yerində ölüb, daha 4 nəfər xəstəxanada dünyasını dəyişib. (trend)

AzNews.az