"Əl Qaidə"nin liderini öldürdük - Tramp

6 Yanvar 2019 23:28 (UTC+04:00)

2000-ci ildə ABŞ-ın "USS Cole" hərbi gəmisinə edilən hücumun təşkilatçısı, "Əl Qaidə"nin liderlərindən biri Camal əl Bədavini öldürdük.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.

Onun sözlərinə görə, həmin gəmidə ölən 17 əsgərin və yaralanan hərbçilərin heyifi alınıb:

"Əl Qaidə"yə qarşı əməliyyatlarımız davam edir. Biz radikal terrorizmlə qarşı mübarizədə heç vaxt dayanmayacağıq".

Babək Göyüş

AzNews.az