Poroşenko CNN TÜRK-ə müsahibə verdi - "Ərdoğana minnətdarıq"

7 Yanvar 2019 08:42 (UTC+04:00)

İstanbula gələn Ukrayna prezidenti Petr Poroşenko CNN TÜRK-ün suallarını cavablandırdı. Kerç boğazındaki gərginliklə bağlı danışan Poroşenko Türkiyə haqqında da əhəmiyyətli açıqlamalar verdi.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna lideri Azov dənizindəki gərginliyi yenidən xatırladıb.

"Bu yalnız Berdyansk və Mariupol arasında mövcud olan kiçik bir keçid deyil. Ələ keçirilən o gəmidə çoxlu silahlı əsgər, ekipaj yox idi. Heç bir şey yox idi. Rusiya niyə və kim tərəfindən mənim gəmilərimə hücum edti?

Amma bu, bir müharibə, bir təcavüzdür, mənim gəmilərimə hücum Rusiya Federasiyasının hüquqi məsuliyyətidir. Hazırda Moskvada 24 Ukrayna dənizçisi var, Rusiyanın onlara hökm etmək hüququ yoxdur, onlar Cenevrə Konvensiyasına görə müharibə əsirləridir. Və Rusiya dənizçilərimi dərhal geri göndərməlidir".

Poroşenko bu problemin həlli yolunda Türkiyənin təklif etdiyi vasitəçilik rolundan da söz açıb:

"Bu gün prezident Ərdoğanla bir araya gələndə 24 dənizçinin azad edilməsi mövzusunda etdiyi vasitəçilikdən danışdıq və o, bu mövzunu gündəmə gətirəcəyinə söz verdi.

Türkiyə prezidentinə bu addımına görə minnətdaram. Bilirsiniz ki, bir neçə dəfə Putinə bu mövzu ilə bağlı telefonla danışmaq istədim, o, rədd etdi, çünki söyləyəcək sözü, açıqlayacaq heç bir şeyi yoxdur. Təəssüflər olsun! Biz hər vasitəçiliyi qəbul edirik".

Babək Göyüş

© AzNews.az